Türkiyə Super Liqası təmsilçisi "Adana Dəmirspor"un prezidenti Murad Sancaq transfer görüşmələri haqqında danışıb.

İqtisadiyyat.az xəbər verir ki, klub prezidenti braziliyalı futbolçu Hulk transferi haqqında danışıb:

"Hulkla danışıqlar aparılıb. Onun klubu var, müqaviləli futbolçudur. Klubu ilə görüşməmiş bir şey deyə bilmərik. Futbolçu ilə razılaşmaq üçün birinci növbədə klubu ilə görüşməliyik".

Qeyd edək ki, Hulk Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edir.