Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 1 avqust  tarixinədək ümumilikdə 543,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, bu yataqlardan indiyədək 542,7 mln ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bu dövrdə AÇG-dən 172 mlrd kubmetr, “Şahdəniz”dən isə 127,8 mlrd kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 avqust tarixinədək 84,7 mlrd kubmetr qaz ixraca nəql edilib.report