Sentyabrın 4-dəXırdalanda yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi - "Caspian Design" fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Abbasov kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi dəstək tədbirlərindən danışıb, bölgələrdə, o cümlədən Abşeron rayonunda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.

3 milyon manata yaxın investisiya qoyulmuş müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması nəzərdə tutulur.

Mebel istehsalı müəssisəsinin məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcəkdir.

marjaaz1567597050m1.jpg

marjaaz1567597050m2.jpg

marjaaz1567597050m3.jpg

marjaaz1567597050m4.jpg