ABŞ-də keçirilən son sorğuda hər 5 seçicidən 4-ü bildirib ki, prezident Co Bayden ikinci dəfə lider olmaq üçün çox yaşlıdır.
Bu barədə İqtisadiyyat.az "ABC News"ə istinadən xəbər verir.
Aparılan sorğuda iştirakçıların 86%-i 81 yaşlı Baydeni ikinci müddətə prezident olmaq üçün çox yaşlı hesab etdiklərini bildiriblər.
Eyni sorğuya görə, ABŞ seçicilərinin əksəriyyəti (44%) keçmiş prezident Donald Trampın ölkə sərhədlərini Baydendən daha yaxşı qoruyacağına inanırlar.
Gözəl Həşimova