ABŞ İsrailə hücum etdiyi üçün İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çıxış edib.

Onun sözlərinə görə, ABŞ hər fürsətdə İsrailə dəstəyini ifadə edir:

"Prezident Co Bayden Konqres üzvləri, ABŞ-nin müttəfiqləri və tərəfdaşları ilə İrana hərtərəfli cavabı koordinasiya edir. Bu kontekstdə İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq.  ABŞ-dən sonra digər müttəfiq ölkələrin və tərəfdaşların da sanksiyalar tətbiq edəcəyi proqnozlaşdırılır".

 

Gözəl Həşimova