ABŞ dövlət katibi Antoni Blinken bu gün axşam İstanbula gələcək.

İqtisadiyyat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbə bildirib.

ABŞ Dövlət katibinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə görüşləri planlaşdırılır.

Səfərin məqsədi Yaxın Şərq turu çərçivəsində regiondakı vəziyyəti müzakirə etməkdir.