Həftəsonu ABŞ-ı bürüyən qar fırtınası nəticəsində azı 55 nəfər ölüb.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Daha əvvəl 41 nəfərin öldüyü haqqında xəbər verilmişdi.
Əlverişsiz hava şəraiti nəticəsində Nyu-York, Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas daxil olmaqla, 12 ştatda insan ölümü qeydə alınıb.