ABŞ Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqəli olaraq digər ölkədə çalışan tibb işçilərini, xüsusilə də infeksionistləri Amerikaya işləməyə dəvət edir.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “Twitter” hesabında məlumat verib. Məlumatda bildirilir ki, ABŞ-da çalışmaq, xüsusilə də "COVİD-19"-la mübarizə etmək istəyən tibb mütəxəssisləri viza almaq üçün səfirliyə müraciət etsinlər. J1 xarici ölkə vətəndaşı olan həkimlər isə ABŞ-dakı proqramı (işləmə müddətini) genişləndirmək üçün proqram sponsoru olan, ECFMG-ya müraciət edərək, məsləhət ala bilərlər. Bundan əlavə, sözügüdən elanda xarici tibb işçiləri üçün J1 proqramının 1 ildən 7 ilədək uzadılması nəzərdə tutulub.