"Bütün dünyadan dəstək gördük. Beynəlxalq ictimaiyyətə təşəkkür edirik. 95 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifləri gəlib".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib. O bildirib ki, hal hazırda 56 ölkədən 6 minə yaxın şəxs axtarış-xilasetmə əməliyyatlarında iştirak edir. 

Çavuşoğlu qeyd edib ki, bu gün 19 ölkədən xilasedicilər Türkiyəyə gələcəklər.