Bu ilin əvvəlindən bəri 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavininin sözlərinə görə, həmin investisiya layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır.

Sahib Məmmədov, həmçinin qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafı üçün 781 min manat güzəştli kredit verilib.