Bunu  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov bildirib.

Əlixan Osmanov əlavə edib ki, bu il 30 vaqon istismar müddətini başa vurur: "Yeni vaqonların alınması ilə bağlı müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq 30 yeni vaqon alınacaq. İyun ayından başlayaraq, Bakıya hər ay bir qatar tərkibi, yəni 5 vaqon gətirəcəyik. Bakıda sazlama işləri aparıldıqdan sonra qatarlar xəttə buraxılacaq. Alınan yeni vaqonlar da müasir standartlara tam cavab verəcək".