İran şirkətləri Türkmənistan qazının İrana nəqlini genişləndirmək üçün bu ölkədə 125 km uzunluğunda qaz kəməri və üç qaz kompressor stansiyası tikəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata gprə, ölkələr uzun illərdir qaz sənayesində qarşılıqlı faydalı əlaqələri inkişaf etdirirlər.

Bildirilib ki, Türkmənistan və İran tərəfləri arasında iyulun 1-3-də Aşqabadda danışıqlar aparılıb. Onlar qaz sənayesində gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.

 

Gözəl Həşimova