Bu ilin yanvar-may aylarında fəaliyyətdə olan bankların cəmi aktivləri 49,147.5 mln. manat, cəmi öhdəlikləri 42,817.8 mln. manat, balans kapitalı 6,329.7 mln. manat olub.

İqtisadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, may ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri 0.2% azalıb, balans kapitalı isə 0.1% artıb.

May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artaraq 25,158.2 mln. manat olub. Kredit portfelinin strukturu: 1) biznes kreditləri 54.8% (13,784.7 mln. manat); 11) istehlak kreditləri - 29.7% (7,480.2 mln. manat) və Ⅲ) ipoteka kreditləri 15.5% (3,893.3 mln. manat). May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.