Yeni araşdırmaya əsasən qlobal temperatur artımı indiki sürətlə davam edərsə 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi əriyəcək.

ABŞ alimləri yeni peyk görüntülərindən istifadə edərək müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların mümkün təsirlərini aşkar ediblər.

Tədqiqata rəhbərlik edən ABŞ-ın Karneqi Mellon Universitetindən buzlaq üzrə alim David Rounce bildirib ki, son illərdə buzlaqlardakı dəyişikliyi araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə edilib və hər bir buzlaqın gələcəyi ayrıca qiymətləndirilir. 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi və buzlaqların 68 faizi yox olacaq.

Qeyd edilib ki, buzlaqların bu əriməsi dəniz səviyyəsinin artımını 115 millimetrə qədər artıra bilər, - qlasioloq Rounce bildirib.

Tədqiqatçılar müşahidə ediblər ki, qlobal temperatur artımı beynəlxalq ictimaiyyətin müəyyən etdiyi 1,5 dərəcə selsi səviyyəsində saxlanılsa belə, buzlaq kütləsinin 26 faizi yox olacaq.