ABŞ-ın Nyu York şəhərində (NYC) qətl və silahlı zorakılıq kimi cinayətlər azalarkən, oğurluq, soyğunçuluğun yüzdə 22 artdığı bildirilib.


İqtisadiyyat.az xəbər verir ki, Nyu York Polis Departamentinin (NYPD) açıqladığı statistika Nyu-Yorkun son bir ildəki cinayət rekordunu üzə çıxarıb.

Statistikaya görə, 2022-ci ildə şəhər üzrə 189 777 nəfər saxlanılıb.

Onlardan 47 min 572 nəfərinin qətl, quldurluq, ağır hücum, ev oğurluğu kimi ağır cinayətlərdə şübhəli bilindiyi qeyd edilib.

2022-ci ildə soyğunçuluq və ev oğurluğu cinayətlərinin 2021-ci ilə nisbətən 22 faiz artdığı vurğulanıb, bu çərçivədə ötən ilin birinci rübündə quldurluqların 37 faiz artdığı, bununla bağlı saxlanılanların isə 17 faizinin olduğu diqqətə çatdırılıb.