2022-ci ildə 5 əsas liqa, kubok və milli matçlarda bəzi futbolçular etdiyi het-triklərlə yadda qaldı.

İqtisadiyyat.az xəbər verir ki, 2022-ci ildə ən çox het-trik edən futbolçu fransalı hücumçu Kilyan Mbappedir. Mbappe 1 il ərzində 56 matça çıxıb və 5 het-trik edib. İkinci sırada isə "Mançester Siti"nin  hücumçusu Erlinq Holandır. Norveçli 43 matça çıxıb və 4 het-trik edib. Robert Levandovski isə  51 matça 3 het-trik etməyi bacarıb. Ümumi sıralama aşağıdakı kimidir.

1) Kilyan Mbappe: 56 matç - 5 het-trik

2) Erlinq Holan: 43 matç - 4 het-trik

3) Robert Levandovski: 51 matç - 3 het-trik

4) Viktor Osimhen: 34 matç - 2 het-trik

5) Kərim Benzema: 39 matç - 2 het-trik

6) Kriştianu Ronaldo: 46 matç - 2 het-trik