Bu ilin fevral ayına olan məlumata görə Azərbaycanın bank sektorunda 17 min 683 nəfər çalışıb. 

İqtisadiyyat.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bank sektorunda çalışan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% və ya 1352 nəfər artıb.
Qeyd edək ki, ötən fevral ayında bank sektorunda işləyən işçlərin sayı 16 min 331 nəfər olub.
Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı artsa da, bankların filial və şöbələrinin sayı azalıb. Ötən bir il ərzində 2 bank filialı, 13 bank şöbəsi bağlanıb. Hazırda bankların ölkə üzrə 509 filialı, 130 şöbəsi fəaliyyət göstərir.
Son bir il ərzində banklara məxsus bankomatların sayı isə 80 ədəd artaraq 2524-ə yüksəlib.