Palatadan İqtisadiyyat.az-a verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə əsasən Palatanın İdarə Heyətinin 25 fevral 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 11 şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilmişdir.