Xudat şəhərində bədbəxt hadisə baş verib.

İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Ağalarov İlqar Balaşah oğlu sipirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.