Ötən gün vətəndaşlardan təhvil götürülən silah-sursatın sayı məlum olub.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 qumbara, 1 ədəd pulemyot, 10 ədəd patron darağı, 1 pulemyot lenti, 305 ədəd müxtəlif çaplı patron və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.