2024-cü ildə Ukraynada prezident seçkiləri keçirilməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Volodimir Zelenskinin partiyasının sədri, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Arahamiya bildirib.

Onun sözlərinə görə, gələn il parlament və ya prezident seçkiləri olmayacaq. Qərb ölkələri Ukrayna rəsmilərinin yenidən seçilməsini tələb etmir.

Bildirilib ki, müharibə şəraitində ordu və xaricdəki 6 milyon ölkə vətəndaşı səs verə bilməyəcəyi üçün seçki keçirilməyəcək.

 

Gözəl Həşimova