Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Məmmədov Samir Məzahir oğlu idarə etdiyi "Opel Astra minik" markalı avtomobillə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Faktla bağlı cinayət işi başlanıb.