"Rusiya və İran böyük dövlətlərarası saziş imzalamağa hazırlaşır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Aştiani ilə telefon danışığında bildirib.

Tərəflər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə, o cümlədən bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət etdiklərini vurğulayıblar.

Şoyqunun sözlərinə görə, Moskva və Tehran birgə səyləri davam etdirmək üçün saziş imzalayacaqlar.

 

Gözəl Həşimova