Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səfirlik sosial şəbəkələrdəki səhifəsində paylaşım edib.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.