Rusiya tərəfi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını müsbət qiymətləndirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya nəqliyyat kommunikasiyalarının açılmasında, sərhədin delimitasiyasında, sülh müqaviləsinin bağlanmasında və təmaslarda yardım göstərməyə hazırdır. Biz Bakı ilə İrəvan arasında hərbçilərin azad edilməsinə dair razılaşmanı alqışlayırıq”, - deyə diplomatik xidmət əlavə edib.

 

Gözəl Həşimova