"Rusiya Azərbaycan və Ermənistanda konsulluğunun genişləndirilməsi üzərində işləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz Azərbaycan və Ermənistanda konsulluq fəaliyyətimizi genişləndirmək məsələsi üzərində işləyirik. MDB ölkələrində diplomatların işinin özəlliyi ilk növbədə ondan ibarətdir ki, bu ölkələrlə dost ölkələrdir. Bizi çoxəsrlik müştərək tarix, bir-birimizin adət-ənənələrini dərindən dərk etmək birləşdirir. Bunun nəticəsi isə ikitərəfli münasibətlərin artan dinamikasıdır", - deyə o bildirib.

 

Gözəl Həşimova