Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzrə vergi orqanları təsis edilib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, əvvəllər işğal altında olan rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.

"Burada əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə vergi inzibatçılığının və idarəetmə modelinin respublikanın digər regionlarına və ümumi idarəetmə modelinə uyğunlaşdırılması, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının stimullaşdırılması, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rahatlığının təmin olunması, vergi xidmətlərinin əlçatanlığının təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrqsiyasının sürətləndirilməsidir", - deyə məlumatda qeyd olunub.