Vladimir Putin gələn il Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya Prezidenti bunu Rusiya qəhrəmanlarının mükafatlandırma mərasimində elan edib.

Məlumata görə, Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri gələn ilin mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib.