Azərbaycanın Moldova və Rumıniyada yeni fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncamlar imzalayıb.  

Sərəncama əsasən, Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  

Digər sərəncamla Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.