Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi avtomobili ilə hərəkətdə olarkən qəfil vəfat edib. 

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. 

Qeyd edək ki, 1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb, sonuncu dəfə ictimai təhlükəsizlik bölməsinin inispektoru çalışırdı. 

Onun ölümünə səbəb ürəktutması bildirilir.