"Ermənistana onu yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli edəcək konstitusiya lazımdır. Çünki bizi əhatə edən dünya çox yüksək sürətlə dəyişir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistana yeni konstitusiya lazımdır və bu məsələ geniş müzakirə mövzusu olmalıdır.

 

Gözəl Həşimova