"Rusiya Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki gün ərzində iclasda Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzu müzakirə edilib: "Ukrayna suveren dövlət olaraq mövcudluğunu davam etdirir və bu ən mühüm nailiyyətdir. Rusiya müharibədə böyük itkilər verdi və iqtisadi cəhətdən zəiflədi".

 

Gözəl Həşimova