Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov vəkil və hüquqşünaslara təşəkkür edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşımında bildirib.

O qeyd edib ki, mediasiya sahəsində uzlaşma və razılaşma kimi qəbul edilən barışıq sazişlərinin sayı, ekosistemin peşəkar oyunçuları rolunda çıxış edən hüquqşünasların, peşəkar vəkillərin sayəsində hər gün artır: "Bəli, məhz peşəkarların!Peşəkarlar bütün proseslərin lokomotivi, sinerjisi rolunda iştirak edərək hər zaman cəmiyyətin inkişaflnda ictimai maraqlar naminə çox böyük rol oynayıblar. Məhz peşəkarların sayəsində cəmiyyət inkişaf edib, bir mərhələdən digər uğurlu mərhələyə keçib".

"Dəstək olan və Qanunun tətbiqi sahəsində, barışıq sazişləri üzrə gözəl nümunə yaradan bütün dəyərli hüquqşünaslara, peşəkar vəkillərə dərin təşəkkür edirəm. Əziz və dəyərli peşəkar kolleqalar, yaratmış olduğunuz peşəkar və gözəl nümunələr qürur verir. Minnətdarıq", - o, paylaşımında əlavə edib.