Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Eyni zamanda, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.