"Ermənistan və Fransa olaraq həm ikitərəfli, həm də Avropa İttifaqı (Aİ) ilə birlikdə praktiki addımlarla tərəfdaşlığı daha da irəli aparmaq üçün ortaq öhdəliyə malikik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "X"də paylaşım edib.

O bildirib ki, Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb və tərəflər görüş zamanı bu öhdəliyi təkrarlayıb. 

Mirzoyan əlavə edib ki, onlar cari regional problemləri də müzakirə ediblər.