Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin nümayəndələri Silahsızlanma Məsələləri üzrə Birgə Məşvərət Komissiyasının iclasında ATƏT regionunda təhlükəsizliyin hərbi-siyasi aspektlərini və Avropada silahlara nəzarət məsələsini müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 6-da Moskvada keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

Məlumata görə, görüşdə MDB-yə üzv dövlətlər davamlı sülh və beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün qarşılıqlı fəaliyyəti gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Bildirilib ki, iclasda Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Gözəl Həşimova