Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının Moskvada keçirilən iclasının iştirakçıları üzv ölkələrin hökumət başçılarına təqdim olunacaq nəqliyyat dəhlizlərinin inkişafı planını, eləcə də qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması məsələsini müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birlik İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, MDB İqtisadi Şurası nəqliyyat dəhlizlərinin inkişafı planını hazırlayıb. İclas zamanı 2030-cu ilə qədər MDB-yə üzv dövlətlərin ərazisindən keçən infrastrukturun optimallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə tədbirlər planının layihəsinə baxılıb.

Plan Birlik dövlətlərinin rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlib.

 

Gözəl Həşimova