"Ermənistan tərəfi sülh sazişi ilə bağlı mahiyyətindən kənar hər şeydən danışmağa çalışır".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

O bildirib ki, əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalayacaqsa, bu halda rəsmi İrəvanın ölkəmizlə dost olan dövlətlərlə münasibətləri də normallaşacaq: "Bu normallaşma təkcə Pakistan deyil, Türkiyəyə də aiddir. Ermənistan sülh sazişini çoxdan imzamalı idi. İndiki məqamda Paşinyan beynəlxalq aləmdə elə bir təsürrat yaratmaq istəyir ki, sanki Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün yollar axtarır".

"Baxmayaraq ki, buna heç bir ehtiyac yoxdur. Azərbbaycan onsuz da Ermənistana sülhlə bağlı təkliflər verir. Ermənistan masaya oturmursa və təklifləri dəyərləndirmirsə, deməli, sülh sazişinin imzalanmasına maraqlı deyil. Sadəcə olaraq Ermənistan məkrli siyasətini həyata keçirir", – SHAM sədri vurğulayıb.

Gülşən Şərif