"Körfəz ölkələri ilə əlaqələrimiz günü-gündən yaxşılaşır. İnanıram ki, biz birlikdə hərəkət edərək əlaqələrimizi daha da gücləndirəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Qətərdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz Əməkdaşlıq Şurasının 44-cü Zirvə Toplantısında çıxışı zamanı ifadə edib.

"Körfəz ölkələri ilə ticarət dövriyyəmiz son 20 ildə 13 dəfə artaraq keçən il 23 milyard dollara çatıb. Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişi üzrə danışıqların yenidən başlaması və müqavilənin qısa müddətdə qüvvəyə minməsi ticarətimizi daha da artıracaq", - deyə o, bildirib.

 

Gözəl Həşimova