"Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Daha əvvəl Fransa olaraq Ermənistana çox dəstək verdilər. Hansı nəticəni əldə etdilər? Heç nə. Fransa Minsk qrupunun həmsədridir. İş bitdi, nəticə ala bilmədi, vəziyyət beləykən təkrar Ermənistanı təhrik edir. Zirehli texnikaları göndərsən nə olacaq? Buradan nəticə ala bilməzsən".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib.

"Artıq öz torpaqlarında işğalı sona çatdırmış olan bir Azərbaycan var. Qarabağın nəticəsi ortadadır. İndi bu zirehli texnikaları göndərib hansı nəticəni qazanacaqsan? Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, silah-sursat Azərbaycanın əlinə keçib. Sadəcə Ermənistanı aldadırlar. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olmalıdır. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər isə qısa zamanda Ermənistanı tək qoyacaqlar”, - Ərdoğan qeyd edib.

 

Gözəl Həşimova