Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yük avtomobili alır.

İqtisadiyyat.az xəbər verir ki, Agentliyin alacağı nəqliyyat vasitəsinin yeni olması əsas şərtlərdən biridir.

Sözügedən avtomobili Agentliyə "Yenimotor" şirkəti təhvil verəcək.

Qurum isə şirkətə bunun müqabilində 82.900 manat ödəniş edəcək.