İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP29 gələn il Azərbaycanda keçiriləcək.

İqtisadiyyat.az "APA"ya istinadən xəbər verir ki, bu barədə qərar Dubayda keçirilən COP28 çərçivəsində baş tutan plenar sessiyada elan olunub.

Hazırda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan hökuməti adından çıxış edir.