Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. İclasda İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri də iştirak edəcək.