Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Azad Bağırov qarın nahiyəsindən bıçaqlanıb. 

O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İqtisadiyyat.az -a bildirilib ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Fəxrəddin Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.