Xəbər verdiyimiz kimi Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimində evin döşəməsi çöküb. Nəticədə hazırkı saata qədər olan rəsmi məlumata əsasən, 27 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir nəfər isə - 1958-ci il təvəllüdlü Məmmədova Saritel Abbasəli qızı ölüb. Belə ki, kənd sakini Əliyar Əliyevin il mərasimi keçirilib. Həmin vaxt qonşu və kənd sakinləri olan qadınlar mərhumun evində baş tutan məclisdə iştirak ediblər. Bu zaman qəfildən evin döşəməsi uçub. 

İqtisadiyyat.az hadisə yerindən fotoları təqdim edir: