ABŞ prezidenti Co Baydenin reytinqi müstəqil seçicilər arasında rekord səviyyəyə - 27%-ə enib.

Bu barədə İqtisadiyyat.az "The New York Post"a istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Baydenin iqtisadiyyat və israillilərlə fələstinlilər arasında münaqişəyə yanaşması ilə qaynaqlanır. Belə ki, Amerika liderinin iqtisadiyyatda iştirakı 24% və İsraillə HƏMAS arasındakı münaqişədə iştirakı isə 25% səviyyəsində dəyərləndirilir.

Bayden Ukraynadakı münaqişə (31 faiz) və səhiyyə (35 faiz) məsələlərində ən yüksək bal toplayıb.

 

Gözəl Həşimova