4 dekabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı şəhərində, Dənizkənarı Milli Parkda Peşələr Festivalı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu il ikinci dəfə təşkil olunan Peşələr Festivalı ümumilikdə 10 bölgəni əhatə edib. Festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirilib.

İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə ediblər.

Festivala ilk olaraq oktyabrın 28-də Quba rayonunda start verilib.

Ümumilikdə, festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edib:

• Quba – 28 oktyabr

• İsmayıllı – 30 oktyabr

• Zaqatala – 1 noyabr

• Şəmkir – 3 noyabr

• Salyan – 5 noyabr

• Ordubad – 9 noyabr

• Naxçıvan – 11 noyabr

• Cəlilabad – 14 noyabr

• Sabirabad – 16 noyabr

• Bakı – 4 dekabr 

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkar ekspertləri tərəfindən təqdimat və vorkşoplar keçirilir.

Tədbirdə iştirak ödənişsizdir.