Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə minik avtomobilləri veriləcək.

İqtisadiyyat.az "Ölkə.az"a istinadən xəbər verir ki, bununla bağlı “Azərmaş Alyans” MMC-dən 10 ədəd sedan tipli minik avtomobili alınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi şirkətə 140 min manat ödəniş edəcək.