Türkiyədə səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generalları Türkiyə Respublikasının qurucusu, birinci prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbr məqbərəsini ziyarət ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Silahlı Qüvvələrinin generalları Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbri ziyarət ediblər”, - paylaşımda qeyd olunub.