Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə tankerləri ilə 7,7 milyon ton yük daşınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur.

Daşınan yükün 4,3 milyonu tankerlərin, 2,8 milyon tonu bərələrin, 0,6 min tonu isə universal quru yük gəmilərinin payına düşüb.